Prezident Məsud Pezeşkianın açıqlaması Tehranın mövqeyini açıq ifadə edir: “Ali liderə qarşı hər hansı hücum bütövlükdə İrana qarşı genişmiqyaslı hücum kimi qiymətləndiriləcək.”
“The Jerusalem Post” isə təhlükəsizlik mənbələrinə istinadən yazır ki, İranın ali lideri Ayətullah Seyid Əli Xamenei təhlükəsizlik səbəbilə bunkerə çəkilib. Bu fakt İran rəhbərliyinin hədəfli zərbə ssenarisini ciddi qəbul etdiyini göstərir.
Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
“New York Times”ın məlumatına görə, ABŞ kəşfiyyatı Trampa İranın kritik mərhələyə yaxınlaşdığı və rejimin mövqelərinin ciddi şəkildə zəiflədiyi barədə hesabatlar təqdim edib. Bu fon ABŞ mediasında hərbi zərbələrin qaçılmazlığı ilə bağlı ehtimalları artırır:
"Regional narahatlıq və diplomatik xəbərdarlıqlar
Bununla belə, region ölkələri bu ssenaridən ciddi şəkildə narahatdır. Birləşmiş Ərəb Əmirlikləri açıq bəyanatla çıxış edərək bildirib ki, İrana qarşı hər hansı hücum üçün hava məkanının, ərazisinin və ya ərazi sularının istifadəsinə icazə verilməyəcək. Bu, ABŞ üçün regional manevr imkanlarını məhdudlaşdıran mühüm siqnaldır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə daha sərt xəbərdarlıq edib:
“Amerikalı dostlarıma məsləhətim budur: bunu başqa bir Venesuelaya çevirməyin.”
Fidanın fikrincə, İran danışıqlara açıqdır, lakin təzyiq elə səviyyəyə çatmamalıdır ki, Tehran özünü “tam küncə sıxışdırılmış” hiss etsin. Əks halda, “ən pis ssenari” qaçılmaz ola bilər".
M.Bünyaflı qeyd edib ki, mövcud mənzərə göstərir ki, tərəflər hələlik birbaşa müharibədən çox psixoloji təzyiq, güc balansı və mövqe savaşı aparır. ABŞ-ın bölgədə təyyarədaşıyan qruplar, Patriot və THAAD sistemləri yerləşdirməsi, İsrailin hava müdafiəsinin gücləndirilməsi isə prosesin artıq praktiki hazırlıq mərhələsinə keçdiyini göstərir:
"Əsas risk planlaşdırılmış hücumdan daha çox, səhv hesablanmış addımın nəzarətdən çıxmasıdır. Yaxın Şərq növbəti dəfə kritik yol ayrıcındadır və Tramp administrasiyasının verəcəyi qərar təkcə İran üçün deyil, bütün region üçün uzunmüddətli geosiyasi nəticələr doğura bilər. Region ölkələrini narahat edən məsələ də budur. Çünki bu bölgədə proqnozlaşdırılası mümkün olmayan hadisələrə yol aça bilər və istisna deyil".
Nəsimi