Tbilisi Dövlət Universitetinin birinci korpusunun qarşısında “Gürcü Arzusu” hakimiyyətinin TDU ilə Tbilisi Texniki Universitetinin birləşdirilməsi barədə elan etdiyi planla bağlı etiraz aksiyası başlayıb.
Planetinfo.az xəbər verir ki, etirazçılar hakimiyyəti tələbə və lektorların iradəsini nəzərə almağa, universitetlərin birləşdirilməsi təşəbbüsündən imtina etməyə çağırıblar.
Tbilisi Dövlət Universitetindən olan nümayişçilər yürüş edərək Texniki Universitet istiqamətində hərəkət ediblər.
Nəsimi