Diktatura rejimləri ilə danışıqlar yalnız vaxt itirməkdir. Bunu biz Ukraynaya təcavüz edən Rusiyanın davranışında nümunə olaraq görürük. İndi də İran eyni vəziyyətdədir.
Bunu Planetinfo.az-a politoloq Vasif Əfəndi ABŞ-İran münasibətlərinə şərhində deyib.
O, deyib ki, səbəb isə diktatorların hakimiyyətdə olduqları uzun zaman kəsiyində bağışlanası mümkün olmayan cinayətləri törətməsidir ki, təslim olacaqları şəraitdə əhv olunacaqlarına da inanmırlar:
"Ona görə də bacardıqları qədər dirəniş göstərirlər. Düşünürəm ki, belə dövlətlərin nazı ilə oynamaq və ya dünya ictimaiyyətinə "biz şans verdik anlamadılar" şosusunu da göstərməyə gərək yoxdur. Basıb gözünü çıxartmaq lazımdır".
Nəsimi