Region 4-02-2026, 03:48

Türk ölkələri arasında mediasiya sahəsində əməkdaşlıq müzakirə olunub

Türk ölkələri arasında mediasiya sahəsində əməkdaşlıq müzakirə olunub
Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel və sədr müavini Nadir Adilov Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün tərəfindən qəbul edilib.

Görüş zamanı Türk Dünyası ölkələri arasında mediasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti, qarşılıqlı əlaqələrin gücləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər mediasiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin və Türk Dünyası çərçivəsində birgə layihələrin əhəmiyyətini vurğulayıblar.

Nəsimi

Xəbər lenti