Region 6-02-2026, 04:36

Rusiya hücumlarına maneə yaranıb

Rusiya hücumlarına maneə yaranıb
ABŞ Rusiyaya təzyiqləri fonunda Starlinq peyki Rusiya üçün söndürülüb. Bu, cəbhə xəttində Rusiyanın hücumlarının dayanmasına gətirib çıxarıb. Ukrayna prezidentinin yeni təyinatları və çevik şəkildə idarəetmə sistemini təkmilləşdirməsi müsbət nəticələr verir.

Bunu Planetinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Əbu-Dabidə ABŞ-Rusiya və Ukrayna danışıqları müsbət istiqamətdə davam edir. ABŞ Rusiyaya təzyiqləri və neft satışına ciddi sanksiyalar tətbiq etməsi Kremli çətin vəziyyətlə üzləşdirir. Məhz bunun nəticəsidir ki, Əbu-Dabi danışıqlarının ikinci raun müsbət nəticə əldə olunur. Xüsusilə, əsirlərin dəyişdirilməsi prosesin tərkib hissəsidir. Nəzərə alaq ki, əsirlərin 157-157 prinsipinə uyğun dəyişiklik edildi:

"ABŞ Ukraynaya hərbi yardımları və dəstəyi Rusiyanı danışdıqlar masasında güzəştə məcbur edə bilər. Əgər, danışıqlar indiki müstəvidə davam edərsə, Ukrayna cəbhə xəttində Rusiyanın irəliləyişlərini durdurmasını davam etdirərsə, növbəti aylarda təmas xətti boyunca atəşkəs razılaşması əldə edilə bilər. Bu proses ABŞ -ın Rusiyaya qarşı iqtisadi-hərbi təzyiqlərindən irəli gələcək".

Nəsimi

Xəbər lenti