Əslində Paşinyan artıq ikinci dəfədir ermənilərin Qarabağa qayıtmasının sülh prossesinə təhlükə ola biləcəyinə dair açılqlama verir və bununla da bir tərəfdən Ermənistanın daxili siyasətindəki gərginliyi və digər tərəfdən də Qarabağ məsələsindəki mövqeyini balanslaşdırmağa çalışır. Yəni başqa sözlə, bununla Paşinyan, həm daxili siyasi mövqeyini gücləndirmək, həm də beynəlxalq aləmdə sülh tərəfdarı imicini qorumaq məqsədi güdür.
Bunu
Planetinfo.az-a politoloq Rəşad Bayramov deyib.
"Məsələ burasındadır ki, Ermənitsanda “Qarabağ klanı” kimi tanınan Paşinyan əleyhdarları həmin zümrəni, yəni Qarabağı könüllü tərk edən erməniləri öz ətraflarında maksimum cəmləşdirmək və onlardan seçki öncəsi istifadə etmək üçün Qarabağa qayıdış məsələsini davamlı şəkildə gündəmə gətirirlər. Bu həm də Qarabağ ermənilərinə yardım adı ilə ayrı-ayrı diaspor təşkilatlarından maliyyə cəlb etməyə hesablanıb" - politoloq deyib.
Onun fikrincə, .ıslində isə Qarabağdan gedən ermənilərin heç özlərinin belə qayıtmaq kimi fikirləri yoxdur. Onların böyük əksəriyyətinin ümumiyyətlə Ermənistanı tərk edib ayrı-ayrı ölkələrdə məskunlaşdığı da məlumdur:
"Odur ki, Qarabağa ermənilərin qayıtmasının sülhə təhlükə yaradacağını söyləyən Paşinyan bununla bir tərəfdən Ermənistanın regional siyasətindəki transformasiyanın təməlini qoyur, digər tərəfdən isə ictimai rəyə bu mövqeni təbliğ edənlərin sülh istəməyənlər olduğunu göstərir. Başqa sözlə desək Paşinyan seçki öncəsi ictimaiyyətə sülh və müharibə tərəfdarları arasında seçim etməyə çağırış edir".