Qazaxıstan parlamentində yeni konstitusiyanın qəbul edilməsi münasibətilə keçirilən iclasda çıxış edən Prezident Kasım-Jomart Tokayev ölkənin ilk əfvini təklif edib.
Planetinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
"Bildiyiniz kimi, keçən il cinayət əfvi keçirildi. İndi vətəndaşların və ya dövlətin təhlükəsizliyinə təhdid yaratmayan bir sıra cinayət və inzibati xətalar üçün əlavə əfv tətbiq edə bilərik. Qeyd etmək istərdim ki, bu inzibati əfv ölkəmizin tarixində ilk olacaq", - deyə prezident bildirib.
O, parlamentdən cari sessiyanın sonuna qədər müvafiq qanunu qəbul etməsini xahiş etdi.