Hizbullahın Cənub Cəbhəsinin komandiri Beyrutda İsrail dəniz qüvvələrinin hücumu nəticəsində öldürülüb.
Planetinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.
Qeyd olunub ki, Beyruta edilən hücum nəticəsində 2024-cü ilin sentyabr ayında Cənub Cəbhəsində Əli Kərəkinin yerinə keçən Hac Yusif İsmayıl Haşim həlak olub.
Əli Kərəki İsrailin hücumunda Hizbullah lideri Həsən Nəsrullahla birlikdə öldürülüb.