"Bölgəmizi alovlara qərq edən və bütün bəşəriyyətə iqtisadi yük qoyan bu qanunsuz müharibəyə görə əsas məsuliyyət İsrailin üzərinə düşür".
Planetinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının iclasında çıxış edərkən deyib.
O əlavə edib ki, bu müharibədə tökülən hər damla qana görə Netanyahu cavab verəcək.
Ərdoğan Türkiyənin İran böhranının tez və dinc yolla həllini dəstəklədiyini vurğulayıb.
"Biz Türkiyəni bu yanğından uzaq tutmaqda qərarlıyıq. Bölgəmizdə sülhün bərpası üçün lazım olan hər şeyi etməyi özümüzə borc bilirik", - deyə Türkiyə prezidenti qeyd edib.