Region Bugün, 12:23

Neft zavoduna PUA hücumu



Küveyt Neft Şirkəti (KPC) Əl-Ahmadi Limanında yerləşən neft emalı zavoduna PUA hücumu olduğunu açıqlayıb.


Planetinfo.az xarici mediaya istinadən xəbər verir ki, KPC-nin verdiyi məlumata əsasən, Əl-Ahmadi Limanındakı neft emalı zavodu səhər saatlarında PUA hücumuna məruz qalması nəticəsində yanğın baş verib.

Hücumdan sonra təcili yardım və yanğınsöndürmə qruplarının müdaxilə planlarını işə saldığı, yanğınların nəzarət altına alınması və yayılmasının qarşısının alınması üçün işlərin davam etdiyi bildirilib.

Açıqlamada hadisə nəticəsində heç bir yaralanan olmadığı, işçilərin təhlükəsizliyinin təmin edilməsi və obyektlərin qorunması məqsədilə lazımi qabaqlayıcı tədbirlərin alındığı vurğulanıb.

Küveyt ordusu gecə boyunca üç dəfə İHV və raket hücumlarına cavab verdiyini açıqlayıb.

Xəbər lenti