Sosial 3-12-2025, 16:54

Fiziki qüsurlu vətəndaşlarımız dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatələniblər



“Fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyası, onların üzləşdikləri problemlərin, həlli, qayğılarının öyrənilib aradan qaldırılmasında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa diqqət və qayğısı ilə Heydər Əliyev Fondu tərəfindən tikilib istifadəyə verilən reablitasiya, bərpa mərkəzləri əlillərin həm sağlamlıq imkanlarını yaxşılaşdırır, həm də onların cəmiyyətə adaptasiya olunmasında mühüm rol oynayır”.

Bu fikirləri Planetinfo.az-a “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” ictimai birliyinin sədri Susana Məmmədova 3 dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı fikirlərini bölüşərkən deyib. İctimai birlik sədri deyib ki, fiziki qüsurlu vətəndaşlarımız dövlət tərəfindən də hərtərəfli qayğı ilə əhatələniblər:

“İstər Heydər Əliyev Fondu tərəfindən tikilib istifadəyə verilən, istərsə də dövlət büdcəsi hesabına paytaxt və regionlarda inşa olunan bərpa mərkəzləri məhz əlillərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bundan başqa istər dövlət, istərsə də qeyri-dövlət müəssisələrində fiziki qüsurlu vətəndaşlarımızın çalışması üçün müəyyən kvota müəyyən edilib ki, bu da öz növbəsində həmin kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyasına xidmət edir”.

Susana Məmmədova qeyd edib ki, 2006-cı ildə ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür.

Anar

Xəbər lenti