Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
Planetinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Qeyd edək ki, aprelin 1-də Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində çoxuşaqlı ailənin altı üzvü dəm qazından zəhərlənmişdi.