Sosial 5-11-2025, 11:27

Dəmiryol Muzeyində "Qara qızılın saldığı dəmir yollar" adlı fotosərginin təqdimatı olub

Dəmiryol Muzeyində "Qara qızılın saldığı dəmir yollar" adlı fotosərginin təqdimatı olub
ADY və “Balakhani Operating Company” LTD-nin təşkilatçılığı ilə keçirilən “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərgi Dəmiryol Muzeyindən sonra Sabunçu Dəmiryol Vağzalında davam edir.

Sərgidə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda neft və dəmir yolları sənayelərinin sinerjisini əks etdirən nadir arxiv fotoları nümayiş olunur.

Sərgi noyabrın 12-nə qədər Sabunçu Dəmiryol Vağzalında davam edəcək.

Xəbər lenti