Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi foruma strateji əhəmiyyətli tədbir statusu verdi.
Planetinfo.az Akorda-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev özbəkistanlı həmkarına göndərdiyi təşəkkür məktubunda qeyd edib.
Məktubda Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmləndirilməsinə güclü təkan verən bu tədbirin tarixi əhəmiyyəti qeyd olunub.
Qazaxıstan Prezidenti Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşünün təşkilini yüksək qiymətləndirib. Onun sözlərinə görə, regional əməkdaşlığın bütün sahələri üzrə əsaslı müzakirələr, qəbul edilən mühüm qərarlar və sənədlər təşkilatın fəaliyyətini daha da gecləndirəcək.
Anar