Gənclər dələduzluq qurbanlarının təxminən dörddə birini təşkil edir.
Bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında bildirilib.
Qeyd olunub ki, ötən il təxminən 460 min nəfərin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, dələduzların qurbanı olan respondentlərin 22 faizi 14-24 yaş aralığında gənclər olub.
Araşdırmada dələduzların gənc qurbanlarının psixoloji portreti də müəyyənləşdirilib. Onlar əsasən şəhərlərdə yaşayan, internetdən aktiv istifadə edən və rəqəmsal savadlılığı yüksək şəxslərdir.
Bununla belə, gənclər təhlükəsizlik qaydalarına çox vaxt məhəl qoymur, şifrələrini nadir hallarda dəyişir və etibarsız mənbələrdən proqramlar yükləyirlər.