Avropa İttifaqının (Aİ) Şengen sərhədləri üçün tətbiq etməyə hazırlaşdığı yeni elektron giriş-çıxış sistemi (EES) ilə bağlı 9 ölkədə geri addım atılıb.
Bu barədə “The Independent” məlumat yayıb.
Bildirilib ki, Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrədə hava limanlarında yaranan sıxlıq və texniki problemlər səbəbindən sistemin tətbiqi təxirə salınıb.
Bu ölkələrdə infrastruktur tam hazır vəziyyətə gətirilənədək sərnişinlərdən biometrik məlumatların toplanmayacağı bildirilib.
Qərara əsasən, sistemdəki problemlər həll olunana qədər Aİ xaricindən gələn sərnişinlər sərhəddən mövcud yoxlama qaydaları ilə keçiriləcək.
Qeyd edək ki, EES-in mərhələli tətbiqinə ötən ilin oktyabrında başlanılıb.