Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun xahişi ilə onunla telefon danışığı aparıb.
Planetinfo.az trthaber-ə istinadən bildirir ki, görüşdə Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsi, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Türkiyə ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu və bu məqsədə doğru addımlar atmağa davam edəcəklərini bildirib. O, Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibəni ədalətli və davamlı sülhlə başa çatdırmaq üçün maksimum səy göstərdiyini deyib.
Telefon damnışığı zamanı Qafqaz, Qəzza və Suriyadakı son vəziyyət də müzakirə edilib.
Anar