Çexiyada dəhşətli qətl hadisəsi törədilib. 35 yaşlı qadın körpəsini itlərə yedirdib.
Planetinfi.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kinşperk-nad-Oqrji şəhərində baş verib.
Qadının qayınanası həyətyanı sahədən içərisində yeni doğulmuş körpənin qanlı bədən hissələri olan polietilen paketlər tapıb. Uşağın bədəninin digər hissələri isə hələ də tapılmayıb.
Polisin ehtimalına görə, ana körpəni itlərə yedirdib.
Qonşular qadının hamiləliyin son aylarında olduğunu, lakin sonradan qarnının qəfildən yoxa çıxdığını bildiriblər.
Qadın həbs edilib və ona qarşı xüsusilə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Onu 15 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.