Dünya 5-12-2025, 11:52

Ağ ev Kiyevə təzyiq efir

Ağ Ev sülhə nail olmaq üçün Kiyevə təzyiq etməklə sülh planını gerçəkləşdirmək istəyir. Bu səbəbdən də Tramp açıq şəkildə bəyan edib ki, Ukraynaya “müharibədə qələbə üçün lazım olan hərbi üstünlüyü vermək niyyətində deyil”. Bu, onun Ukraynaya təzyiq vasitəsi yaratmaq strategiyası kimi dəyərləndirilir.
Vaşinqtonun gözləntisi odur ki, Kiyev kompromisə yaxınlaşsın və bu, Moskvanı da müəyyən güzəştlərə məcbur etsin. Lakin Qərb və Ukrayna üçün əsas problem dəyişməz olaraq qalır: Ukrayna ciddi təhlükəsizlik zəmanətləri almadan və gələcək Rusiya təhdidinə qarşı təminatlar olmadan heç bir ərazi güzəştinə getməyə razı deyil.

Bunu Planetinfo.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, Ukraynanın istədiyi miqyasda maliyyə və hərbi dəstək göstərmək Avropa üçün getdikcə daha çətinləşir. Bu isə Rusiyanın strateji ümidlərini artırır. Moskva yaxşı anlayır ki, iqtisadi və siyasi yorğunluq Avropanı Ukrayna məsələsində daha güzəştli mövqe tutmağa yönəldir:

"Putinin danışıqlarda nümayiş etdirdiyi ikili taktika artıq Qərb tərəfindən aydın şəkildə hiss edilir: vaxt udmaq; Qərbdaxili fikir ayrılıqlarını dərinləşdirmək; NATO və Aİ-nin resurslarını tükəndirmək; Ukraynanın müqavimətini zəiflətmək.
Kremlin məqsədi müharibəni qısa müddətdə bitirmək deyil, əksinə, Qərbin Ukraynadan bezməsinə nail olmaqdır".

Nəsimi

Xəbər lenti