Dünya 10-12-2025, 08:37

Tallində ümummilli lider Heydər Əliyev anılıb

Tallində ümummilli lider Heydər Əliyev anılıb
Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin şəhərində ÜmummilliLider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova, edeputatlar Fatma Yıldırım, Erkin Qədirli, Şahin Seyidzadə iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov çıxışında Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan və müasir Azərbaycan dövlətinin memarı kimi gördüyü misilsiz işlərdən bəhs edib.

Milli Məclisin deputatı, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova Ulu Öndərin müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizədən danışıb.

Estoniya Parlamentinin deputatı, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Riina Solman müstəsna Lider və dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimində iştirakından qürur hissi keçirdiyini bildirib, Ulu Öndərin həyatının və irsinin Vətənə, xalqa bağlılığın əbədi nümunəsi olduğunu söyləyib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən #videoçarx nümayiş olunub,

Sonda tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sərgi ilə tanış olublar.

Nəsimi

Xəbər lenti