İranda hava çirkliliyi hər il 50 min insanın ölümünə səbəb olur.
Planetinfo.az İRNA-ya istinadən bildirir ki. bunu İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkandi deyib.
Zəfərkandi səhiyyə sektorundakı problemlərin əsasən iqtisadi və sosial amillərdən qaynaqlandığını vurğulayaraq deyib:
“Problemlərdən biri hava çirkliliyidir. Hava çirkliliyi səbəbindən hər il 50.000 insanın həyatını itirdiyinin şahidi oluruq. Eynilə, xəstəxanaya qəbul halları ikiqat artıb”.
Zəfərkandi universitetlərin səhiyyə ilə bağlı məsələlərə problem yönümlü şəkildə yanaşmalı olduğunu bildirib və deyib:
“Əgər səhiyyə elmlərində irəliləmək istəyiriksə, mütəxəssislər universitetləri dəstəkləməlidirlər. Səhiyyə sektorunda əhəmiyyətli maliyyə resursları var”.
Qeyd edək ki, İran hava çirkliliyinə qarşı hibrid mühərriklər istehsalı, elektrik motosikletlərinin paylanması və Avro 5 benzin istehsalı kimi müxtəlif tədbirlər görsə də, bu, uğurlu olmayıb.
Anar