Dünya 17-12-2025, 19:34

Putin cizgi filmi qəhrəmanı olub - FOTO

Putin cizgi filmi qəhrəmanı olub - FOTO
Prostokvaşino" cizgi filmi seriyasının yaradıcıları Rusiya Prezidenti Vladimir Putini cizgi filminin personajlarından birinə çeviriblər.

Planetinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı serialdan kadrları əldə edən RBK yayıb.

Kadrlarda Putin cizgi filminin qəhrəmanları - "Matroskin", "Şarik", "Poçtalyon Peçkin" və digər personajlarla birlikdə küknar ağacı fonunda görünür.

Bildirilir ki, kadrların həqiqiliyi media bazarındakı mənbələr tərəfindən təsdiqlənib.

Qeyd edək ki, "Soyuzmultfilm" 2018-ci ildə Eduard Uspenskinin əsərləri əsasında çəkilmiş "Prostokvaşino"nu yenidən ekranlaşdırıb və serialın altı mövsümü təqdim olunub.

Xəbər lenti