Gündəm / Siyasət / Dünya 5-04-2026, 13:44

İranın hava məkanı bu tarixədək bağlı qalacaq



İranın hava məkanı daha azı bir həftə — aprelin 12-dək bağlı qalacaq.

Planetinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, İran üzərindəki səma uçuşlar üçün təxminən aprelin 12-dək bağlı olacaq. Bu qərar ölkənin aviasiya rəhbərliyi tərəfindən qəbul edilib.

Tətbiq olunan qadağa çərçivəsində yalnız dövlət, hərbi və sanitar aviasiya uçuşları, habelə axtarış-xilasetmə məqsədilə və mülki aviasiya idarəsinin xüsusi icazəsi ilə həyata keçirilən reyslər istisna təşkil edə bilər.

Qeyd edək ki, İranın hava məkanı fevralın 28-i günün birinci yarısında, ABŞ və İsrailin hərbi əməliyyatlara başlamasından sonra bağlanıb.

Xəbər lenti