Gündəm 5-04-2026, 12:42

Samuxda avtomobil piyadanı vuraraq öldürdü



Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Planetinfo.az xəbər verir ki, minik avtomobili 1974-cü il təvəllüdlü Gədəbəy rayon sakini Əjdər Ələsgərovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun hadisə yerində dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma başlanılıb.

Xəbər lenti