Dünya 11-11-2025, 08:09

Əl-Şaraa: Suriya hakimiyyəti Əsədi məsuliyyətə cəlb etmək niyyətindədir

Əl-Şaraa: Suriya hakimiyyəti Əsədi məsuliyyətə cəlb etmək niyyətindədir
Hazırkı Suriya rəhbərliyi sabiq Suriya lideri Bəşər Əsədi məsuliyyətə cəlb etməyin zəruri olduğunu düşünür.

APA xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şaraa “Fox News”a müsahibəsində bildirib.

"Ədalət qələbə çalmalıdır. Biz Bəşər Əsəd də daxil olmaqla, hər kəsi hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün ədalət komissiyası yaratmışıq", - o deyib.

Xəbər lenti