Dünya 13-11-2025, 07:34

200-dən çox keniyalı Ukraynada döyüşmək üçün Rusiya ordusuna qoşulub



Keniya 200-dən çox vətəndaşının Ukraynada döyüşmək üçün Rusiya ordusuna muzdlu əsgər kimi cəlb edildiyini açıqlayıb.

Planetinfo.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Keniyanın Xarici İşlər və Diaspora Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, Keniya vətəndaşları Rusiya-Ukrayna müharibəsinə yalançı iş vədləri ilə cəlb ediliblər. Nazirlik bu şəxslərin arasında Keniya təhlükəsizlik qüvvələrinin keçmiş üzvlərinin də olduğunu bildirib.

Qeyd edək ki, keniyalı muzdlular əsasən Donbas istiqamətində döyüşürlər və onların geri qaytarılması üçün ölkə prezidenti səviyyəsində diplomatik kanallar vasitəsilə səylər göstərilir.

Anar

Xəbər lenti