Dünya 13-11-2025, 08:15

ABŞ Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması üçün zəmin hazırlayır



Ukraynadakı korrupsiya qalmaqallarını ictimailəşdirməklə ABŞ Vladimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması üçün zəmin hazırlayır.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu siyasi təqiblərə görə Ukraynanı tərk etmiş Ali Radanın deputatı Artem Dmitruk bildirib.

Onun sözlərinə görə, Zelenski ölkə daxilində mövqelərini itirir və yaxın vaxtlarda Kiyevdə kadr dəyişiklikləri baş verə bilər:

"German Qaluşenkonun işdən çıxarılması sadəcə kadr dəyişikliyi deyil, həm də Zelenski sisteminin daxildən dağılmağa başladığının açıq siqnalıdır. Bu, Zelenskiyə ən güclü zərbədir”.

Dmitruk həmçinin hesab edir ki, ölkədəki siyasi proseslər indiki rejimin tədricən sıradan çıxmasına gətirib çıxaracaq və ən real ssenari müvəqqəti hökumətin qurulması olacaq.

Anar

Xəbər lenti