Mərkəzi Asiyanın əhalisi artıq 80 milyonluq həddi keçib və BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər bu rəqəm 100 milyonu keçəcək.
Planetinfo.az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, bu barədə prezident Şavkat Mirziyoyev bildirib. “Mərkəzi Asiya yeni dövrün başlanğıcında” adlı yazısında Özbəkistan prezidenti qeyd edib ki, Orta Asiya bu gün dünyanın ən gənc bölgələrindən biridir və orta yaş cəmi 29 ildir.
“Biz bu demoqrafik resursu güclü inkişaf və innovasiya amilinə çevirmək, gənclərimizin istedad və potensialının reallaşdırılması üçün şərait yaratmaq vəzifəsi ilə qarşılaşırıq.
Eyni zamanda, ölkələrimizin qarşılıqlı əməkdaşlığın inkişafının suverenlik, bərabərlik və daxili işlərə müdaxilə etməmək kimi möhkəm təməllər üzərində həyata keçirilməsinə dair ayıq yanaşmasını qeyd etmək vacibdir. Heç kim region ölkələrinə xarici modellər tətbiq etməməli və ya milli modellərdən üstün strukturlar yaratmamalıdır”,-deyə Özbəkistan prezidenti vurğulayıb.
Şabkat Mirziyoyev qeyd edib ki, Mərkəzi Asiyada əməkdaşlıq könüllü, praqmatik və ölkələrimizin xalqlarına fayda verən real nəticələrə yönəlmiş qalmalıdır.
Süleyman