Tramp yenidən valı dəyişib. Ukraynaya az qala "Tomohaf" raketlərini verdi verəcək deyilirkən, bu məsələ geri çəkilib, hansı ki, bunu etməyəcəkdi, yenə də danışıqlar olacağı mövzusu ortaya atılıb.
ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov
Planetinfo.az-a deyib ki, Trampın Cənubi Afrikada Yohannesburqda keçiriləcək G20 zirvəsində Putin və Zelenskinin iştirakı ilə görüş təşkil etmək istədiyi deyilir.
"Rusiyanın isə Pokrovs, Mirnoqrad istiqamətində hücumları güclənib. Putin isə Ukrayna qoşunlarının mühasirəyə düşdüyündən əmin şəkildə xarici jurnalistləri bu faktı dəqiqləşdirməyə və yerində tanış olmaq üçün əraziyə dəvət etmişdi. Ukrayna tərəfinin məlumatlarına görə isə vəziyyət elə də ciddi deyil və mühasirə məsələsi yoxdur. Ukraynanın da əks hücum xəbərləri də gəlir" - politoloq deyib.
Onun sözlərinə görə, amma Trampın görünən odur ki, müharibədə qəti şəkildə Ukrayna tərəfindən çıxış etmək fikri yoxdur. Bu, Trampın hakimiyyətə başlamasından bu günə kimi bəlli olur. Tramp tərəf olmaqdan çəkinir. Sadəcə mərkəzdə dayanıb arbitraj rolunda olmaq istəyir. Gah Ukraynaya, gah da Rusiyaya hədələr gəlməklə müharibəni dayandırmaq istəyir. Bu isə Rusiyanın əlinə oynayır: "Rusiya böyük hərbi itkilər hesabına da olsa xırda uğurlar qazanır. Pokrovs işğal olunacaqsa, bu, Trampın Putinə ərməğanı olacaq. Çünki Tramp ilk gündən Ukrayna ilə oynamasa idi yəqin ki, vəziyyət Rusiya üçün acınacaqlı olmuşdu. Amma Tramp Putini pərdə arxasında dəstəkləməklə məşğuldur. Putin də bundan istifadə edir".