Dünya 17-11-2025, 06:22

Rubio Maduronu narkotik kartelinin lideri adlandırıb

Rubio Maduronu narkotik kartelinin lideri adlandırıb
ABŞ dövlət katibi Marko Rubio Venesuela prezidenti Nikolas Maduronu narkotik kartelinə rəhbərlik etməkdə ittiham edib.

O, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Dövlət katibinin sözlərinə görə, "qeyri-legitim" Maduro ABŞ Dövlət Departamentinin xarici terror təşkilatı kimi tanımaq niyyətində olduğu Los Soles kartelinin rəhbəridir.

Rubio əlavə edib ki, Maduronun qrupu Venesuelanın dövlət qurumlarını "alıb" və terror zorakılığına görə məsuliyyət daşımalıdır.(report)

Xəbər lenti