Dünya 17-11-2025, 15:25

Çinin Mərkəzi Asiya həmləsi



Dünyanın supergüclərindən sayılan Çinin də Mərkəzi Asiyaya maraq və diqqəti artmaqdadır.

Planetinfo.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Pekin region ölkələri ilə əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə baş diplomatını Mərkəzi Asiyaya göndərməyi qərarlaşdırıb.

Məlumata görə, Çin xarici işlər naziri Van Yinin 19-22 noyabr tarixlərində Orta Asiya turnesi olacaq. Səfər çərçivəsində Çinin baş diplomatı Özbəkistan, Qırğızıstan və Tacikistanda olacaq.

Səfər zamanı Van Yi hər üç ölkənin xarici işlər nazirləri ilə ayrıca strateji dialoqlar aparacaq.

Qeyd olunub ki, Vanq Yinin səfəri siyasi qarşılıqlı etimadın və ənənəvi dostluğun möhkəmləndirilməsinə, eləcə də "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığın dərinləşməsinə kömək edəcək.

Anar

Xəbər lenti