Rusiyalı senator Aleksey Puşkov bildirib ki, Ukraynanın keçmiş müdafiə naziri Rustem Umerov korrupsiya qalmaqalı və araşdırmalar Ukraynanın müdafiə sektoruna toxunmamışdan əvvəl Türkiyəyə qaçıb.
Planetinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun dediyinə görə, Ukraynanın keçmiş müdafiə naziri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov Kiyevdə Zelenskinin yaxın adamı Mindiçlə bağlı korrupsiya qalmaqalı yarananda Türkiyəyə qaçıb.
"Umerov nə etdiyini bilir. İndiyədək istintaq enerji sektorunda yalnız 100 milyon dollara toxunub
Lakin bunun müdafiə sektorunda korrupsiya və mənimsəmə ilə bağlı araşdırma şəklində davamı ola bilər”, - o, Telegram kanalında yazıb.
Nəsimi