“Vətənpərvərlər” partiyasının lideri Florian Filippot bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinə verilən “Rafale” qırıcı təyyarələri və SAMP-T hava hücumundan müdafiə sistemlərinin pulunu fransız xalqı ödəyəcək.
Planetinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron və Vladimir Zelenski müvafiq niyyət bəyannaməsini imzalayıblar.
"Ukraynanın guya onlara satdığımız “Rafale” təyyarələrinin alınmasının pulunu ödəyəcəyik!” Filippo X sosial şəbəkəsində (əvvəllər Twitter, Rusiyada bloklanmış sayt) yazıb.
Parlamentarinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün yeni silahlar “fransızlara milyardlara başa gələcək”, “vətəndaşlardan kəmərlərini bərkitmələri tələb olunur”.
Nəsimi