Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili" layihəsi çərçivəsində Biləsuvar rayonunun Təzəkənd kənd icması ilə maarifləndirici görüş keçirilib.
Görüş zamanı layihənin məqsəd və vəzifələri iştirakçıların diqqətinə çatdırılıb, ətraf mühitin mühafizəsi, ekoloji təmiz həyat tərzinin təşviqi, tullantıların düzgün idarə olunması və icmaların ekoloji davamlılığının gücləndirilməsi mövzularında geniş müzakirələr aparılıb. İştirakçılar ekoloji problemlərin həlli istiqamətində maarifləndirmənin əhəmiyyəti barədə məlumatlandırılıb, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb və sualları cavablandırılıb.
Layihə çərçivəsində belə görüşlərin keçirilməsində əsas məqsəd yerli icmaların ekoloji bilik və bacarıqlarının artırılması, ətraf mühitə məsuliyyətli yanaşmanın formalaşdırılması və davamlı inkişaf prinsiplərinin təşviq edilməsidir.