Gündəm / Siyasət Dün, 23:30

Rusiya ilə münasibətləri daha da inkişaf etdirmək istəyirik - Paşinyan




Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bəyan edib.

Paşinyan bu barədə Yekaterinburqda Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşü zamanı danışıb.

O bildirib ki, Ermənistan həm seçkilərdən əvvəl, həm də sonra Rusiya ilə əməkdaşlığın genişləndirilməsinə sadiqdir.

"Son vaxtlar bəzi problemli məsələlər yaranıb. Ümid edirəm ki, onları müzakirə edib həll yolları tapacağıq. Həm seçkilərdən əvvəl, həm də sonra Rusiya ilə münasibətlərimizi daha da inkişaf etdirmək istəyirik", - deyə Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, görüş ikitərəfli münasibətlərin bütün istiqamətlərini müzakirə etmək və mövqeləri uzlaşdırmaq üçün yaxşı fürsətdir. O, həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu və təşkilatın mexanizmlərinin səmərəli fəaliyyətini dəstəklədiyini bildirib.

Paşinyan İrəvanın konstruktiv dialoqa hazır olduğunu qeyd edərək, danışıqlardan sonra konkret məsələlərin həllinə nail olunacağına ümid etdiyini ifadə edib.

Xəbər lenti