Dünya 18-11-2025, 12:52

Gələn ildən Dubayda sürücüsüz hava taksiləri istifadəyə veriləcək



2026-cı ildən etibarən Dubayda sürücüsüz hava taksiləri istifadəyə veriləcək.

Planetinfo.az xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb. NBC xəbər verir ki, Amerikanın “Joby” şirkəti Dubayda sürücüsüz taksini uğurla sınaqdan keçirib. Bu, altı elektrik mühərriki ilə havada hərəkət edən, SUV ölçüsündə dörd yerlik minik avtomobilidir. Onun sürəti saatda 320 km/saata çata bilir. Layihənin hazırlanması 16 il çəkib.

Məlumata görə, Dubayda artıq hava taksiləri üçün xüsusi dayanacaqlar tikilir. Oxşar taksilər yaxın gələcəkdə ABŞ-ın beş şəhərində də rast gəlmək mümkün ola bilər.

Anar

Xəbər lenti