Xorvatiya Ordusu 2007-ci ildən bəri ilk dəfə =çağırış üçün yeni əsgərləri qəbul edib.
Planetinfo.az xəbər verir ki, bu barədə "Vecernji list" qəzeti məlumat yayıb.
Bu gün ilk 800 əsgər iki aylıq hərbi təlim proqramına başlayacaq.
Ölkənin Silahlı Qüvvələri hər il 4000 yeni əsgər qəbul etməyi planlaşdırır.
19-30 yaş arası kişilər hərbi xidmətə çağırılacaq. Qadınlar könüllü olaraq xidmət edə bilərlər. İşləyən çağırışçılar iş yerlərini və əmək haqlarını saxlayacaqlar.
Xorvatiya parlamenti 2025-ci ildə hərbi xidmətə çağırışı bərpa edən qanun qəbul edib.