Dünya 9-03-2026, 14:03

ABŞ İrandakı məktəbu bu raketlə vurubmuş


ABŞ ordusu İranın cənubundakı məktəbi Tomahawk qanadlı raketi ilə vurub.

Planetinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Ceyms Martin Yayılmama Araşdırmaları Mərkəzinin tədqiqatçısı Sem Leyr görüntülərdə qeydə alınan sursatın məhz bu raket olduğunu müəyyən edib.

"Birincisi, bu, TLAM-ın (Tomahawk Quru Hücumu Modifikasiyası) vizual xüsusiyyətlərinə uyğundur. Qanadları və quyruğu mərkəzdə yerləşən xaçvari formadır. İkincisi, video ehtimal olunan zərbə nöqtəsindən 250 metr məsafədə çəkilib. Bu o deməkdir ki, sursat böyük olmalıdır. Bu, ABŞ arsenalındakı GBU-69B kimi oxşar vizual xüsusiyyətlərə malik digər sursatları istisna edir", - deyə ekspert əlavə edib.

CNN qeyd edib ki, dərc olunmuş görüntülərdə hansı binanın vurulduğu göstərilmir, lakin görüntülərin coğrafi mövqeyi zərbənin İslam İnqilabı Keşikçiləri Korpusunun bazasının ərazisində yerləşən tibb klinikası və ya yaxınlıqdakı bir yer ola biləcəyini göstərir.

Xəbər lenti