Dünya 9-03-2026, 14:03

"İordaniyadakı Amerika hərbi bazalarını qorumaq üçün dronlar göndərmişik"

"İordaniyadakı Amerika hərbi bazalarını qorumaq üçün dronlar və dron mütəxəssislərindən ibarət qrup yerləşdirmişik".

Planetinfo.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "New York Times" qəzetinə verdiyi müsahibədə deyib

Zelenskinin sözlərinə görə, ABŞ ötən həftə yardım istəyib və Ukrayna ordusu ertəsi gün yola düşüb.

Ağ Ev nəşrin ABŞ-nin Ukraynadan kömək istəyib-istəmədiyi ilə bağlı sorğusuna cavab verməyib.

Xəbər lenti