Dünya 19-11-2025, 18:59

Avropa İttifaqı trans-Avropa hərbi nəqliyyat dəhlizlərini Ukraynaya qədər uzatmaq niyyətindədir




Avropa İttifaqı trans-Avropa hərbi nəqliyyat dəhlizlərini Ukraynaya qədər uzatmaq niyyətindədir.

Planetinfo.az
TASS-a istinadən bildirir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas Avropa “hərbi Şengen” sisteminin yaradılması planını təqdim edərkən bildirib.

"Avropa Komissiyası Avropanın hərbi nəqliyyat dəhlizlərini Ukraynaya uzatmaq niyyətindədir. Bu, Ukrayna üçün təminatların bir hissəsini təşkil edəcək və Aİ-nin oraya hərbi yardımı daha tez çatdıra biləcəyi anlamına gələcək", - deyə o, bildirib.

Qeyd edək ki, bu dəhlizlər NATO-nun hərbi planına uyğun olaraq Avropanın Atlantik və Aralıq dənizi sahillərində yerləşən limanlardan Rusiya ilə sərhədlərə əhəmiyyətli hərbi qüvvə və texnikanın köçürülməsi üçün hazırlanıb.

Anar

Xəbər lenti