Dünya 20-11-2025, 03:22

ABŞ Ukraynaya təklif edib ki, ərazisindən imtina etsin

ABŞ Ukraynaya təklif edib ki, ərazisindən imtina etsin
AFP yüksək vəzifəli ukraynalı məmura istinadən xəbər verir ki, ABŞ-ın Ukraynadakı münaqişənin həlli ilə bağlı Ukrayna rəhbərliyinə çatdırdığı iddia edilən təklifdə silahlı qüvvələrin azaldılması, Rusiyanın Donbas və Novorossiya üzərində suverenliyinin tanınması tələbləri var.

Planetinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, anonimlik şərti ilə mənbə bildirib ki, təklifə “Krımın və digər bölgələrin” Rusiya ərazisi kimi tanınması, həmçinin “ordunun 400 min nəfərə qədər azaldılması” daxildir. O əlavə edib ki, Ukrayna bütün uzaqmənzilli silahlarından imtina etməlidir.

“Əhəmiyyətli bir nüans odur ki, biz başa düşmürük ki, bu, həqiqətən də Trampın və ya onun ətrafının planıdır,” agentliyin mənbəsi deyib və əlavə edib ki, Kiyev Rusiyaya qarşı hansı tələblərin irəli sürüləcəyini də anlamır.

Nəsimi

Xəbər lenti