Dünya 20-11-2025, 03:31

Qərb ukraynalıları məhv edir - Zaxarova

Qərb ukraynalıları məhv edir - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin ukraynalıları məhv etmək planlarını Hitlerin slavyanları məhv etmək planları ilə müqayisə edib.

“Mənim buna heç bir şübhəm olmayıb ki, Ukraynadan ölkəmizə təzyiq və təsir aləti kimi istifadə etməklə yanaşı, Qərbdə bu münaqişəni törədənlərin ağlında olan sərsəm tezislərdən biri də Ukrayna əhalisinin bu cür məhv edilməsidir”.

Planetinfo.az xəbər verir ki, diplomat bu barədə TASS-a müsahibəsində bildirib. O, "85 il əvvəl qərblilərin oxşar planları olduğunu" qeyd edərək, "həmin Ukraynada nasizm və faşizmin necə tüğyan etdiyini" xatırlatmağa çağırıb.

Nəsimi

Xəbər lenti