Vaşinqton administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskiyə təzyiqi artırır.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" yazıb. Qəzet iddia edir ki, Ağ Ev Zeleknskiyə Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerikanın yeni planını qəbul etməsi üçün təzyiq göstərir.
Qəzetin yazdığına görə, Ukrayna tərəfi yeni planın bəzi müddəalarını, o cümlədən ərazi güzəştləri və Ukrayna Silahlı Qüvvələrinin ixtisarını qeyri-mümkün hesab edir. Kiyev hesab edir ki, belə bir addım Ukraynanın tam təslim olması deməkdir.
"Vaşinqton Post" iddia edir ki, Ukrayna liderinin Türkiyəyə səfəri və prezident Ərdoğanla görüşü də Ağ Evin təkliflərinin Kiyevə çatdırılması məqsədi daşıyır.
Anar