Dünya 21-11-2025, 04:06

Uolts: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır

Uolts: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır
Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etməyə hazırdır.

"Report"un məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında ABŞ-nin təşkilatdakı daimi nümayəndəsi Mayk Uolts bəyan edib.

O vurğulayıb ki, ABŞ Rusiyaya "atəşkəs çağırışlarını görməzlikdən gəlməyə davam edərsə", əlavə təzyiq göstərməyə hazırdır.

"Biz həmçinin Ukraynanın müdafiəsi üçün silah verməyə davam edəcəyik", – deyə daimi nümayəndə əlavə edib.

Xəbər lenti