Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynadakı korrupsiya qalmaqalında şəxsən əli var.
Planetinfo.az xəbər verir ki, bunu TASS-a Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Vasili Prozorov deyib.
"İqtisadiyyatın enerji kimi strateji sektorlarını əhatə edən sxemlərdə baş verən korrupsiyanın ən yüksək məmura məlum olmaması qeyri-mümkündür. Əlbəttə, onun şəxsən heç bir əmr vermədiyinə əminəm. Amma xaricdə əldə etdiyi vəsaitlərə, daşınmaz əmlaka və torpağa sərmayə qoyduğuna görə belə qənaət formalaşır. Deyə bilərik ki, Zelenski indi sadəcə olaraq ukraynalı milyarderdir",-deyə Prozorov bildirib.
Qeyd edək ki, noyabrın 10-da Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu və Korrupsiyaya Qarşı İxtisaslaşdırılmış Prokurorluq enerji sektorunda iri korrupsiya sxeminin üzə çıxarılması üçün genişmiqyaslı əməliyyat keçirdiklərini elan ediblər.
Zelenskinin yaxın çevrəsində korrupsiyanın üzə çıxması Ali Radada dərin böhrana səbəb olub.
Anar