Fransanın Sante həbsxanasında 21 gün yatmış Fransanın keçmiş prezidenti Nikola Sarkozi kitab yazıb.
Planetinfo.az TASS-a istinadən bildirir ki, sabiq prezidentin “Bir məhbusun gündəliyi” kitabı dekabrın 10-da işıq üzü görəcək.
Kitabı əvvəlcədən sifariş etmək olar və dekabrın 10-da kitab rəflərində satışa çıxarılacaq,
Qeyd edək ki, 2007-2012-ci illərdə vəzifədə olan 70 yaşlı keçmiş Fransa prezidenti sentyabrın 25-də Liviya kampaniyasının maliyyələşdirilməsi işində cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib. Lakin sonradan o, bəraət alıb.
Noyabrın 10-da Paris Apellyasiya Məhkəməsi Sarkozinin vəkillərinin onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğvi və məhkəmə nəzarəti altına alınması ilə bağlı vəsatətini təmin edib.
Anar