Dünya 21-11-2025, 20:20

ABŞ Ukraynaya təsir göstərir





“ABŞ yeni sülh planı üzərində , çərçivə təkliflər irəli sürməklə, gündəmdədir və bu istiqamətdə Ukraynaya təsir göstərir”.

Planetinfo.az xəbər verir ki, bunu deyən siyasi ekspert Çingiz Şahbazinin qənaətincə, ABŞ bu istiqamətdə Rusiya ilə bəzi məqamları razılaşdırıb kimi çıxış edir:

“ABŞ-ın bu planı çərçivəsində mənbələrə görə , Ukrayna işğal altında qalan bəzi torpaqlarını Rusiyaya verməlidir, bəzi silahlardan imtina etməlidir və ordu strukturunda azaltmalarla bağlı dəyişiklikliyə getməlidir. Bütün bu şərtləri Ukrayna tərəfi rədd edir və Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılması üçün Türkiyənin köməyindən yararlanmaq niyyətindədir”.

Ekspert deyib ki, ABŞ Prezidentinin münaqişə ilə bağlı vasitəçiliyi, heç də Ukraynanın haqlı tərəf olaraq tələblərinə cavab vermir:

“Bu istiqamətdə yürüdülən siyasət, Ukraynanın suverenliyini ciddi şəkildə zədələyir”.

Anar

Xəbər lenti