Reuters yazır ki, Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp Ukraynanın sülh planını şəxsi görüş zamanı tamamlayacaqlar. ABŞ rəsmisinin sözlərinə görə, razılaşma yalnız iki liderin görüşündən sonra yekunlaşacaq.
Ukrayna tərəfi Tramp administrasiyasının hazırladığı 28 bəndlik planı açıqlayıb.
Planda Ukraynanın NATO-dan imtinası,
Rusiyanın yeni müdaxilələrə son qoyması,
Krım, Luqansk və Donetskin de-fakto Rusiya kimi tanınması,
Xerson və Zaporojyedə sərhədin cəbhə xətti boyunca müəyyənləşməsi,
Ukrayna qoşunlarının Donetskin bir hissəsindən çıxması kimi şərtlər yer alır.
Zelenski danışıqlarda iştirak edəcək nümayəndə heyətini təsdiqləyib, heyətə Andrey Yermak rəhbərlik edir.
G20 ölkələri isə bəyan edib ki, Trampın planı yenidən qiymətləndirilməlidir və sərhədlərin güc yolu ilə dəyişdirilməsi yolverilməzdir.
Bu gün Cenevrədə Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın danışıqları davam edir.
Nəsimi