"Ukraynaya təklif olunan sülh planının qəbul edilməyəcəyi əvvəlcədən bəlli idi. Bu planın əvvəlkilərdən heç bir fərqi yoxdur".
Planetinfo.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üztə katibi Azər Qasımov deyib. O bildirib ki, Ukrayna əgər əvvəl təklif olunan bu kimi planları qəbul etməyibsə, bunu da qəbul etməyəcək:
"Bu planın Moskvada hazırlandığı aydın görünür. Ukraynadan öncə Avropa ölkələri bu planı qəbul etməzdi. Artıq ortaya çox şey qoyulub. Müharibənin bu şəkildə dayandırılması dörd ilə yaxın Rusiya təcavüzünə göstərilən müqavimətin mahiyyətini heçə endirər".
Azər Qasımov deyib ki, ABŞ və Avropa Trampın bir addım irəli, iki addım geriyə xasiyyətindən bezib:
"Trampı sadəcə maliyyə məsələsi maraqlandırır. Ona görə də müharibə tərəflərinə çox təzyiq etmir ki, müharibə davam etsin. Onlar da silah satsın. Hesab edirəm ki, Ukraynanın sona kimi müharibəni davam etdirəcəyi şübhəsizdir. Yoxsa, verdiyi itkilərin mənası olmazdı. Rusiya isə ambisiyalarının əsirinə çevrilib. Zəif hesab etdiyi düşmənini nə hərbi, nə də sülh yolu ilə dizə gətirə bilmir".
Anar