ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün tezliklə razılaşma əldə olunacağına dair nikbin və ümidlidir.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt “Foks Nyus”a verdiyi müsahibədə deyib.
Levitt prezidentin milli təhlükəsizlik komandası ilə Ukrayna nümayəndə heyəti, xüsusən dövlət katibi Marko Rubio və diplomat Stiv Uitkofla çox məhsuldar danışıqların keçirildiyini bildirib.
O, 28 maddəlik sülh planını dəqiqliklə hazırlaya bildiklərini və hazırda yalnız bir neçə punktda fikir ayrılığı qaldığını bildirib.
"Prezident razılaşma əldə etmək ehtimalı ilə bağlı ümidli və nikbin olaraq qalır", - Levitt əlavə edib.